Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2018-ci ildə böyük ekranlı metal “iPhone” buraxılacaq

ABŞ-ın “Apple” korporasiyası gələn il birdən-birə üç yeni “iPhone”un təqdimatını keçirə bilər. 

İKT.lent.az-ın cnbc.com saytına istinadən məlumatına görə, çox güman ki, onların fərqli cəhəti ekranlarının daha böyük olması olacaq.

Hazırda şirkətin əməkdaşları 6,3 və 5,8 düym həcmli OLED ekranlı “iPhone” variantları üzərində işləyirlər. Bundan başqa, onlar 6,1 düym həcmli ənənəvi maye-kristal (LCD) displeyli “iPhone” istehsal edəcək. 

LCD model metal arxa panelə malik olacaq. Bu səbəbdən o, naqilsiz enerji doldurulması texnologiyasını dəstəkləməyəcək. Bu il “Apple” 5,8 düym ekranlı “iPhone X”, 4,7 düym displeyli “iPhone 8” və 5,5 düym həcmli ekrana malik “iPhone 8 Plus” smartfonlarını xüsusi olaraq bu funksiyanı dəstəkləmək üçün şüşə panellərlə təchiz edib. 
 
Təxmin edilir ki, LCD displeyli metal “iPhone” OLED displeyli “iPhone”dan daha ucuz olacaq.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018