Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ “şəbəkə neytrallığı”nı ləğv etdi

ABŞ-da provayderlərin saytları bloklaması və istənilən internet trafikinə məhdudlaşdırıcı tədbirlər tətbiq etməsinə qadağa qoyan qaydalar – “şəbəkə neytrallığı” prinsipi ləğv olunub.

 

İKT.lent.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, Kommunikasiyalar üzrə Federal Komissiya (FCC) 2015-ci ildə prezident Barak Obama dövründə qəbul olunan bu qaydaların ləğvinə dair qərar çıxarıb. Komissiyanın 3 üzvü qərarın lehinə, 2-si əleyhinə səs verib.  

 

Qaydalar provayderlərin fəaliyyətini tənzimləyirdi və internetin açıq olmasının dəstəklənməsinə yönəlmişdi. Belə ki, “Comcat”, “Verizon” kimi internet xidmətləri təqdim edən iri şirkətlərin müəyyən saytlar və əlavələrin trafikini yavaşlatması və ya sürətləndirməsi qadağan olunurdu. Bundan başqa, “şəbəkə neytrallığı” prinsipi provayderlərin saytları bloklaması və online kontentə çıxışı məhdudlaşdırmasına imkan vermirdi.  

 

Kommunikasiyalar üzrə Federal Komissiyanın bu qərarı yüksək texnologiyalar sektorunun, istehlakçıların hüquqlarını müdafiə edən qrupların, demokrat və bəzi respublikaçı qanunvericilərin etirazına səbəb olub. FCC isə qərarı internet azadlığının bərpası kiçi qiymətləndirib: “Bu qərar istifadəçilərin müdafiəsi məqsədilə şəbəkənin şəffaflığını artıracaq, eləcə də yatırımları, innovasiyaları stimullaşdıracaq, rəqabəti gücləndirəcək”.   

 

Qeyd edək ki, FCC-nin yeni sədri Adjit Pay prezident Tramp tərəfindən təyin olunub.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018