Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı artıb

Bu il Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı artıb. 

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin yanvar-noyabr ayları ərzində ölkədə kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 188,7 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 28,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 50,1 faiz artıb. 

On bir ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 10,4 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 44,4 faiz artıb.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018