Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” və “Huawei” ABŞ bazarında “Apple” ilə rəqabət aparacaqlar

Çinin nəhəng istehsalçıları olan “Xiaomi” və “Huawei” şirkətləri “Apple” şirkəti ilə öz meydanında, yəni ABŞ-da rəqabət aparmaq niyyətindədir. 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, “Xiaomi” və “Huawei”, həmçinin “Oppo” və “Vivo” artıq uğurla “Apple”i Çinin beş ən iri smartfon tədarükçüsü siyahısından çıxarıb. Bu bazar isə ən iri smartfon bazarı hesab edilir. 

ABŞ bazarında uğuru mobil operatorların istehsalçını dəstəkləməsi şərtləndirir. Şayiələrə əsasən, hazırda “Xiaomi” və “Huawei” ABŞ-ın ən iri AT&T və “Verizon” mobil operatorları ilə danışıqlar aparır. Ancaq hələlik məlum deyil ki, bununla bağlı hansı anlaşmalar imzalanacaq.

Hazırda ABŞ-da “Apple” şirkəti liderdir. Bu isə mobil operatorlarla əlverişli şərtlərlə əldə olunmuş razılaşmalar və köhnə smartfonların yenilərinə dəyişdirilməsi ilə izah olunur.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018