Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell" şirkəti və Qərbi Kaspi Universiteti arasında memorandum imzalanıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti və Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Qərbi Kaspi Universiteti (Western Caspian University) arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

İKT.lent.az-ın xəbərinə görə, "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers və Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas tərəfindən imzalanan Memoranduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.

 

"Bakcell" ilə imzaladığımız bu razılaşma gənclərimiz üçün yeni gözəl imkanlar yaratmaqla yanaşı bir çox birgə layihələrin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi olacaqdır. Həmçinin, birgə fəaliyyətimiz çərçivəsində universitet tələbələrinin "Bakcell" şirkətinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirakı və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, “Bakcell”in təcrübəsi universitetimiz tərəfindən qurulmuş Texnoparkın inkişaf etdirilməsinə, bu Texnoparkda müxtəlif istiqamətlər üzrə Startap layihələrinin həyata keçirilməsinə böyük dəstək olacaq", - deyə Andris Leitas bildirib.

 

“Azərbaycanın milli mobil operatoru olaraq "Bakcell" şirkəti üzün illərdir ki Azərbaycan gənclərinə təhsil və karyeranın qurulması istiqamətlərində dəstək göstərməkdədir. Bu fəaliyyət çərçivəsində gənclər üçün şirkətdə  təcrübə və iş imkanları yaradılıb. Biz Qərbi Kaspi Universiteti ilə əməkdaşlığa başlamağımıza çox şadıq və təbii ki, universitetin  mühüm layihələrinin həyata keçirilməsində öz dəstəyimizi əsirgəməyəcəyik”, - deyə   Nikolai Beckers bildirib.

 

Tərəflər arasında imzalanmış sənəd müxtəlif sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur. Eyni zamanda, razılaşmaya əsasən, "Bakcell" şirkəti özünün Applab layihəsi çərçivəsində gördüyü işlərə əsaslanaraq universitet tərəfindən qurulmuş Texnoparkın (Yüksək Texnologiyalar Parkının) inkişaf etdirilməsi və orada müxtəlif istiqamətlər üzrə startap layihələrinin həyata keçirilməsi sahəsində öz təcrübəsini bölüşəcək. 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018