Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung”un “ağıllı” səsgücləndiricisi gələn ilin ilk yarısında satışda olacaq

“Samsung” şirkətinin “ağıllı” səsgücləndiricisi 2018-ci ilin ilk yarımilində satışa çıxarılacaq. 

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, yeni cihaz arxada qoyduğumuz ildə Koreya şirkəti tərəfindən tərtib olunmuş “Bixby” səsli köməkçisi ilə təchiz edilib. 

Bundan başqa, istehsalçılar əsas vurğunu səsin keyfiyyətinə və “ağıllı ev”in – kameralar, məişət cihazları, təchizatın idarə edilməsinə etməyi planlaşdırır.

“Samsung” şirkətinin “ağıllı” səsgücləndiricisinin qiyməti 200 dollar olacaq. Bu isə onun əsas rəqibi olan “Apple HomePod” analoji məhsulundan ucuz olacaq. 

Qeyd edək ki, “Apple HomePod” 2018-ci ilin əvvəlində satışa çıxarılacaq. Onun qiyməti 349 dollar təşkil edəcək.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018