Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Şimali Koreyada onlayn karaoke oxumaq icazəsi verildi

Şimali Koreyada vətəndaşlara onlayn rejimdə karaokedə oxumaq icazəsi verilib. 

İKT.lent.az-ın “Daily Mail” nəşrinə istinadən məlumatına görə, artıq ölkədə “My Companion 4.0” şəbəkə əlavəsi işləyir. Bu əlavə vasitəsilə elektron kitablar oxumaq, həmçinin televiziya proqramlarına və videoya baxmaq mümkündür.

Nəşr qeyd edir ki, bu günlərdə Şimali Koreyanın öz internet versiyası fəaliyyətə başlayıb. Burada vətəndaşlar üçün əlçatan olan kontentə daha ciddi şəkildə nəzarət etmək imkanı mövcuddur.

Bu gün Pxenyanda ikisəviyyəli sistem çalışır. Bunun sayəsində müəyyən azadlıqlardan yalnız və yalnız yüksək rütbəli şimali koreyalılar bəhrələnə bilərlər. Ölkənin digər vətəndaşlarına isə “Kwangmyong” brauzerini istifadə etmək qalır ki, burada da ciddi şəkildə yoxlama aparılmadan öncə bir çox saytlar açılmır.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018