Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Ağıllı” beciklər populyarlaşır - YENİLİK

ABŞ-da gödəkçələr üçün smart düymə populyarlıq qazanır.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, yeniyetmələr cihazı öz paltarına əlavə edir və displeydə şəkli dəyişdirə bilirlər. Bu cihazın qiyməti 90 dollara yaxın təşkil edir. 

Tərtibatçılar iddia edirlər ki, gödəkçələr üçün düymələr kimi köhnə trendlər geri qayıdır. Beciklər “ağıllı” cihazlarla əvəz edilib. 

Mütəxəssislər bildirir ki, belə smart düymələr o qədər uzun müddət tələbatda olmayacaqlar. Ancaq ABŞ-da onların satışa başlanmasından sonra 70 min nüsxədən çox smart düymə alınıb. Məsələ bundadır ki, belə beciklər “ağıllı” saatlar funksiyasını yerinə yetirirlər. Onlar bildirişlər edir, ürək döyüntüsünü ölçür, saatı göstərir və s. 

Bundan başqa, dinamiklərdən musiqi səslənə bilər ki, onu da istifadəçinin öz smartfonundan qoşması kifayətdir. Smart düymə “Bluetooth” vasitəsilə bütün “Android” və ya iOS bazasında çalışan telefonlara qoşula bilər. 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018