Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yaponiyanın baş naziri “İnstagram”da hesab açdı

Yaponiyanın baş naziri Sindzo Abe “İnstagram”da akkaunt yaradıb. 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, o, cəmi bircə ədəd post yerləşdirib və iki gün ərzində 19 mindən artıq bəyənmə toplayıb. Abe 2018-ci ildə öz akkauntunu daha fəal aparacağını da söz verib. 

Hələlik siyasətçi cəmi 6 nəfəri abunə olub izləyir. Onların arasında həyat yoldaşı Akie Abe və Yaponiyanın daha 5 dövlət xadimi mövcuddur. Baş nazir cəmi bircə status dərc edib ki, o da onun qəhvəyi çərçivədə olan ağ fonda olan şəklindən ibarətdir.

Hazırda “İnstagram” sosial şəbəkəsi bütün dünyada populyarlığa malikdir. Şou-biznes ulduzları, mədəniyyət xadimləri və siyasətçilər bu virtual resursda öz həyatları barədə məlumatlar, şəkil və videolar yerləşdirirlər. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018