Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bitcoin"un naməlum sahibi zənginlər sırasında!

"Bitcoin" kriptovalyutasının yaradıcısı, Satoşi Nakamoto təxəllüslü şəxs dünyanın ən zəngin 50 adamı arasına daxil olub.

 

İKT.lent.az-ın “Quartz”a istinadən verdiyi xəbərə görə, S. Nakamoto Top-50 siyahısında 44-cü yerdədir. Onun sərvətinin miqdarı azı 19,4 milyard dollar həcmində qiymətləndirilir.   

 

S. Nkamotonin əlində 980 min "bitcoin" var. Bu kriptovalyutanın məzənnəsi artıq 20 min dollara çatıb.

 

Qeyd edək ki, Satoşi Nakamoto nikli şəxsin kim və ya kimlər olduğu hələ də məlum deyil. Bu ad altında İlon Maskın gizləndiyi barədə iddialar səslənsə də, iş adamı bunu təkzib edib.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018