Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Meizu” bu il 20 milyon ədəd smartfon satıb

Çinin “Meizu” şirkətinin nümayəndələri bildiriblər ki, cari ildə 20 milyon smartfonunun satışına nail ola biliblər. 
 
İKT.lent.az-ın “Gizchina” nəşrinə istinadən məlumatına görə, “Meizu” nümayəndələri bildiriblər ki, onların hesablamalarına əsasən, bu il smartfon satışı 2016-cı illə müqayisədə zəifləyib.

 

Bildirilir ki, 2017-ci ildə cəmi 20 milyon ədəd smartfon satışı həyata keçirilib, halbuki 2016-cı ildə bu rəqəm 22 milyon ədəd cihaza çatıb. 
 
Analitiklər iddia edirlər ki, cari ildə belə satışların əsas səbəbi uğursuz “Meizu Pro 7” modeli ola bilər. 
 
Xatırladaq ki, “Meizu”nun ən yaxın rəqibi olan “Xiaomi” şirkəti təkcə keçən rüb ərzində 27 milyon ədəddən çox mobil cihazın satışını həyata keçirə bilib. 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018