Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tutuquşu  “iPhone”un musiqisini təkrarlayır -

Laki adlı tutuquşu “iPhone” smartfonlarının baza zənglərini imitasiya etməyi öyrənib. 


İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, bununla belə, sahibi deyir ki, onun sevimli quşu bu zəngi yalnız kədərlənəndə ifa edir. 

“Vimeo” portalındakı videonu tutuquşu sahibinin yaxın dostu Ben Plyumer yerləşdirib. Belə ki, tutuquşu qonağı öz istedadı ilə təəccübləndirib və onlar gəzintiyə hazırlaşmağa başlayıblar. Ben qeyd edib ki, tutuquşu hər kəsin geyinib getdiyini gördükdə, kədərli şəkildə “iPhone”un tanınmış zəngini fitləməyə başlayıb. 

“Vimeo” istifadəçiləri isə bu səsin əsl melodiya ilə oxşarlığını qeyd ediblər, həmçinin bu videonun olduqca kədərli olduğunu vurğulayıblar.

 

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018