Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” üçün qaşla idarə olunan oyun yaradıldı -

ABŞ-dan olan tərtibatçılar “iPhone X” üçün qaşlarla idarə olunan “Rainbow” oyununu işə salıblar.

 
İKT.lent.az-ın “İzvestiya” qəzetinə istinadən məlumatına görə, oyunu ancaq “iPhone X” sahibləri yükləyə biləcəklər. Çünki bu oyun “Apple” smartfonlarının ancaq bu modelində quraşdırılmış “TrueDepth” kamerasından istifadə edəcək. 

 
İstifadəçi üçün oyunun məqsədi qaşların hərəkəti ilə displeydə olan smaylı idarə edərək maneələrdən qaçmaq və bacardıqları qədər çox xal toplamaqdır. Oyun prosesi qeydə alınan videoyazı “You Tube” kanalında tərtibatçılar tərəfindən dərc edilib. 

 
Hazırda “Rainbow” oyununda hələlik bir səviyyəni oynamaq mümkündür. Tərtibatçılar növbəti yenilənmələrdə onların sayını artıracaqlarına söz veriblər. Həmçinin oyunda digər personajları və rekordlar cədvəlini əlavə etmək imkanı da olacaq. 

 

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018