Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mask telefon nömrəsini "Twitter"də paylaşdı

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask “Twitter”də öz telefon nömrəsini paylaşıb.

 

İKT.lent.az-ın xəbərinə görə, öz “tvit”ində İ. Mask “Oculus” texniki direktoru Con Karmaka müraciət edib: “Con, danışmaq üçün bir dəqiqən varmı? Nömrəm budur...”

 

Bunu yazdıqdan dərhal sonra İ. Mask “tvit”i silib. Jurnalistlər isə yoxlamaq üçün həmin nömrəyə zəng ediblər. Lakin onlar telefonda “God of War” oyununun yaradıcısı, geymdizayner Devid Yaffenin səsini eşidiblər: “Tanrıların mərhəməti sayəsində sən buna nail oldun. Hansısa üsulla mənə yol tapdın. Səni təbrik edirəm və ehtiramımı bildirirəm”. Oyunlarda gizlədilmiş nömrələri yığanda da eyni səs eşidilir.

 

“The Next Web” portalının əməkdaşları eksperimenti təkrar etsələr də, nəticə dəyişməyib.

 

İ. Maskın öz nömrəsini təsadüfən, yoxsa məqsədyönlü şəkildə paylaşdığı hələ ki məlum deyil.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018