Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Apple" köhnə "iPhone"ların işini bilərək yavaşladır - ETİRAF

"Apple" şirkəti etiraf edib ki, "iPhone"un əvvəlki modellərində prosessorun işini bilərəkdən ləngidir.

 

İKT.lent.az-ın "Business Insider" nəşrinə istinadən xəbərinə görə, buna səbəb smartfonun qəfil sönməsinin qarşısını almaqdır.

 

Məsələ bundadır ki, "iPhone" batareya üçün daha çox enerji cəlb etmək istəsə, qəfildən sönə bilər. Xüsusi funksiya isə köhnə telefonların sönməməsi üçün lazım olandan artıq enerji toplamasının qarşısını alır.

 

"Apple"in mətbuat xidmətindən bildirilib ki, məqsəd müştərilər üçün ən yaxşı təcrübəni təqdim etməkdən ibarətdir.

 

Ötən il bu funksiya "iPhone 6", "iPhone 6S" və "iPhone SE"-də buraxılıb. iOS 11.2-nin çıxması ilə iPhone 7-də də aktiv olacaq.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018