Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dörd kameralı smartfon gəlir!

Yeni “Nokia 9” smartfonu dörd kameraya malik olacaq. 

 
İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumata görə, flaqman smartfonunu 2018-ci ilin əvvəlində keçiriləcək CES 2018 və ya sonradan baş tutacaq MWC 2018 sərgisində nümayiş etdirəcəklər.

 

Bu günlərdə cihaz ABŞ-da sertifikasiyadan keçib. Dərc edilmiş sənədə əsasən məlum olub ki, smartfon ikiqat əsas kameraya malik olacaq. 

 
İnsayderlərin məlumatına əsasən, cihazın ikili və frontal (ön) kamerası olacaq. Kameralar 5 meqapiksel olacaq və onlar “Chicony CKACE16” moduluna malik olacaqlar. Əsas kamera isə 12 və 13 meqapiksel təşkil edəcək. Onlardan biri f/2.0, ikincisi isə f/2.4 göstəricisində olacaq.

 
“GSMArena” nəşri bildirir ki, “Nokia9” smartfonunda yeni “Snapdragon 835” prosessoru, 5,5 düym həcm diaqonallı ekran və 128 GB həcmli yaddaş kartı quraşdırılacaq.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018