Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi”nin “iPhone”dan yaxşı 3 smartfonu - HANSILARDIR?

Çinin smartfon istehsalçıları artıq çoxdandır keyfiyyətinə və görünüşünə görə Koreya, Yaponiya və ABŞ şirkətlərindən heç də geri qalmayan cihazlar istehsal etməyə başlayıblar. 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, belə Çin şirkətlərindən biri də “Xiaomi”dir ki, onun da keyfiyyətinə görə populyar “iPhone”dan geri qalmayan smartfonları var. 

Qeyd etmək lazımdır ki, “Xiaomi”in inkişaf strategiyasında populyarlıqda Kupertinyodan olan şirkətin smartfonlarını qabaqlamaq məqsədi yoxdur. Şirkət əsas üstünlüyü o qədər də baha olmayan, ancaq keyfiyyətli və güclü cihazlara verir. 

Ümumilikdə “Xiaomi” öz planı üzrə inkişaf edir və cihazları böyük uğura sahibdir. Onun istehsal etdiyi modellərin arasında “Xiaomi Mi Mix 2”, “Xiaomi Mi6” və “Xiaomi Mi A1” smartfonları var ki, hazırda bu gün üçün dizaynında və keyfiyyətində “Apple iPhone”dan geri qalmırlar.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018