Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google”un səs köməkçisi “Siri”dən üstün oldu - SEKSUAL MÖVZUDA

Alimlər “Apple” və “Google”un səs köməkçilərini test edərək belə qərara gəliblər ki, “Google Assistant” seksual sağlamlıq sahəsində öz opponenti “Siri”dən daha biliklidir.

 

İKT.lent.az-ın “Motherboard”a istinadən verdiyi xəbərə görə, “Siri” nəinki bəzi sualları inkar edib, hətta bəzi sözləri tanımaqda çətinlik çəkib və nəticədə sorğulara daha yanlış cavablar verib. “Google Assitant” bu məsələdə “Siri”dən üstün olsa da, o da ideal deyil.

 

Ekspertlər bildirir ki, bir çox insan seksual sağlamlıq məsələlərində həkimlə açıq danışmaqdan çəkinir, bu səbəblə lazımi informasiyalar almaq üçün internetə müraciət edir. Bu isə natamam və ya tam yanlış cavablar alınması ehtimalını artırır.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018