Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Alphabet”in icraçı direktoru istefa verdi

“Google”un daxil olduğu “Alphabet” şirkətinin icraçı direktoru Erik Şmidt 2018-ci ilin yanvarında istefaya gedəcəyini bəyan edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətin açıqlamasında bildirilir. E. Şmidt bu qərarını “Alphabet” rəhbərliyinin toplantısında elan edib.


”2001-ci ildən bəri Erik biznes və mühəndislik sahəsində öz biliklərini bizdən əsirgəməyib”, - deyə şirkətin baş direktoru Larri Peyc söyləyib. O bildirib ki, E. Şmidt “Alphabet”ə elm və texnika məsələləri üzrə məsləhətçi qismində kömək etməyə davam edəcək.

 

E. Şmidt isə qeyd edib ki, “Alphabet”də bu cür keçid üçün təkamülün vaxtı çatmışdı. Onun sözlərinə görə, şirkətin strukturu yaxşı işləyir, “Google” və digər layihələr uğurludur: “Son illər mən elmi, texniki və filantropiya məsələləri üzərində çox çalışdım və bu işi genişləndirməyi planlaşdırıram”.  

 

“Alphabet”in Direktorlar Şurası yaxın həftələrdə yeni icraçı direktor seçəcək.
 

Qeyd edək ki, “Alphabet” şirkəti 1997-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılıb. E. Şmidt 2001-ci ilin sonundan etibarən şirkətdə çalışmağa başlayıb. Bundan əvvəl Şmidt “Xerox”, “Bell Laboratories”, “Zilog” və “Sun Microsystems” şirkətlərində çalışıb. 2011-ci ildə E. Şmidt “Alphabet” Direktorlar Şurasının rəhbəri seçilib. 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018