Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“OnePlus 6” flaqmanı 2018-ci ilin martında təqdim ediləcək

Çoxdan gözlənilən “OnePlus 6” flaqmanı 2018-ci ilin martında təqdim ediləcək. 

İKT.lent.az-ın “Gizmochina” nəşrinə istinadən məlumatına görə, gözlənilir ki, bençmarklarda lider mövqelərə malik olan daha əvvəlki nəsil smartfonlar bir sıra mühüm yenilənmələr əldə edəcək.  

Belə ki, flaqman martın ortasında təqdim edilə bilər və riteyllərdə ayın sonunda satışa çıxarılacaq. Təxmin edilir ki, “OnePlus 6” smartfonu “Qualcomm Snapdragon 845” çipsetinə malik olacaq. Smartfonda barmaq izləri skanerinin olması da gözlənilir. Ancaq çox güman ki, “OnePlus 5T” smartfonlarında olduğu kimi, bu sensor onun da arxa panelində olmayacaq. Çünk, bu sensorun orada yerləşməsini istifadəçilər uğursuz adlandırıblar. 

Nəşr bildirib ki, mənbə özü də təqdimatın bu tarixdə keçiriləcəyinə inanır. Daha əvvəl də mənbə “OnePlus 5T”-nin satışına başlayacağı tarixi də düzgün açıqlayıb və bu səbəbdən onlar buna inanırlar.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018