Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Telegram”ın qurucusu kriptovalyuta yaradır -

“Telegram”ın qurucusu Pavel Durov messencerin bazasında kriptovalyuta yaratmaq niyyətindədir. 

İKT.lent.az-ın “Nation News” saytına istinadən məlumatına görə, bu barədə “Telegram”ın keçmiş əməkdaşı Anton Rozenberq bildirib.

 

Virtual pullar “Telegram Open Network” və ya TON adlandırılacaq. Rozenberq tərəfindən təqdim edilən məlumatı şəbəkədə yayılmış reklam videoçarxı da təsdiqləyir. Orada deyilir ki, 170 milyon aktiv abunəçisi olan messencer blokçeynin mütərəqqi texnologiyasından istifadə edəcək. 2018-ci ildə yeni sürətli xidmət istifadəyə veriləcək.

Rozenberqin sözlərinə görə, monetizasiya məsələsini “Telegram” olduqca sərt şəkildə qoyub. Bura Pavel Durovun messenceri heç zaman satmayacağı və ora reklamın olmayacağı ilə bağlı bəyanatı da daxildir. 

“Telegram”ın sabiq əməkdaşı vurğulayıb ki, daha əvvəlki planlarında şirkətin İCO-ya çıxması da əsas əhəmiyyətə malik idi. Hazırda isə ideya kriptovalyutanın yaradılmasına transformallaşıb. TON istifadəçi sayına görə ən iri blokçeyn sistemin istifadəçisi elan edilə bilər.
 
Beləliklə, yeni valyuta hazırda kifayət qədər populyar olan “Etherium” kriptovalyutasını sıxışdırmaq istəyir.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018