Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Türkiyədə törədilən "Bitcoin" cinayətinin üstü açıldı

Türkiyədə törədilən "Bitcoin" cinayətinin bəzi təfərrüatları məlum olub.

 

APA TV-nin məlumatına görə, sentyabrın 22-də Antalyada Şükrü Mert Ersoy boğularaq öldürülmüşdü. Ersoyun vücudunda zərbə izlərinə rast gəlinmişdi.

 

Polis saxlanılan 5 şəxsin Ersoyun hesabındakı "Bitcoin" kriptovalyutasını əldə etmək üçün onu öldürdüyünü açıqlayıb. Şübhəlilərin onun telefonunun təhlükəsizlik şifrələrini qıra və "Bitcoin"ları əldə edə bilmədiyi bildirilir.

 

Ersoyun ailəsi son üç ayda dəyər qazanan kriptovalyutadan xəbərsizdir. Ersoy "Bitcoin" ticarətini 3 ortağı ilə həyata keçirib. Anası bildirir ki, şübhəlilər oğlunun ortaqlarından birini tanıyırmış. Cinayətin araşdırılması müddətində ortaqların heç biri ilə danışılmayıb. Ailəsi onun "Bitcoin"a görə öldürülməsinə şübhə etdiyini də deyir: "Oğlumun telefonları, kompüteri, qeyd dəftəri bizə verilməyib. Ortada pul varmı, yoxdurmu, o da bizə dəqiq söylənmir".

 

Vəkil bildirib ki, kriptovalyutanın sahibi öləndə həmin valyutanın istifadəsi üçün giriş kodu bilinmirsə, ailənin həmin pula sahib olması mümkün deyil. "Bitcoin"lar da əksərən elektron pulqabında saxlanılır ki, bu puldan istifadə ancaq kodu bilənlər üçün mümkün olur. Amma pullar elektron pul birjasındakı hesabında saxlanılarsa, ailə birjaya müraciət edə bilər.

 

Qeyd edək ki, hazırda birjalarda 1 "Bitcoin"un qiyməti 13 924 dollardır. 

 

 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018