Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” sahiblərindən növbəti şikayət

“iPhone X” sahibləri cihazda növbəti çatışmazlıq barədə məlumat veriblər.

 

İKT.lent.az-ın “Ars Technica” portalına istinadən verdiyi xəbərə görə, yeni cihazı əldə edənlər “Face ID” (üz tanıma texnologiyası) funksiyası vasitəsilə ailəvi alış-veriş etməyin mümkün olmadığını deyiblər. Halbuki “iPhone”un əvvəlki modellərində “Touch ID” (barmaq izləri tanıma sistemi) buna imkan verirdi.

 

İstifadəçilər şikayətlənir ki, məsələn, onların övladları tərəfindən digər cihazlardan verilən sifarişlərin qəbulu üçün “Apple ID” parolunu daxil etmək tələb olunur, çünki “Touch ID” funksiyasını əvəz etmiş “Face ID” ilə bunu etmək qeyri-mümkündür.

 

Qeyd edək ki, daha əvvəl də istifadəçilər “Face ID”dən narahatlıqlarını ifadə etmişdilər, çünki 13 yaşdan aşağı olan uşaqlar bu funksiyanı aldada bilər. Başqa bir problem üz tanıma sisteminin əkizləri səhv salmasıdır. Bundan başqa, “iPhone X”un ekranının soyuq havada donması problemi də var idi, lakin “Apple” proqram yenilənməsi vasitəsilə bunu aradan qaldırdı. 

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018