Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Siri” səs köməkçisi Şekspirin tamaşasına müdaxilə etdi

Böyük Britaniyada teatr tamaşası zamanı qəribə hadisə baş verib.

 

İKT.lent.az-ın “The Stage” saytına istinadən verdiyi xəbərə görə, tamaşaçılardan birinin smartfonundakı Sisi səs köməkçisi funksiyası tamaşaya müdaxilə edib.

 

Olay “Bristol Old Vic” teatrında Şekspirin “Yuli Sezar” faciəsinin tamaşası zamanı yaşanıb. Aktyorlardan biri “Sirrah, what news?” (“Əzizim, nə xəbər var?”) replikasını səsləndirdikdən sonra izləyicilərdən birinin smartfonu aktivləşib və “Siri” səs köməkçisi funksiyası nəzakətlə cavab verərək konkret nəyin nəzərdə tutulduğunu soruşub.

 

Bu kiçik insident tamaşanın davamına mane ola bilməyib.
 

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018