Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda texnoloji kadr hazırlığı üçün hökumətə təkliflər veriləcək

“Ali, orta ixtisas və peşə təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin aparılması məqsədilə Təhsil Nazirliyində işçi qrup yaradılıb. 2018/2019-cu tədris ilinin qəbul planında bu sahə üzrə milli kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək”. 

 

İKT.lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov “Elektron təhsil” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.


Nazir müavini bildirib ki, Təhsil Nazirliyi tərəfindən 223 elektron dərslik hazırlanaraq e-derslik.edu.az portalında yerləşdirilib: “Portal yarandığı gündən bu vaxta qədər elektron dərsliklərdən 2 500 000 dəfədən çox istifadə olunub. Təkcə 2017-ci ilin göstəricilərinə görə, bu rəqəm 1 milyonu keçib. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı 172 143 nəfərdir”.


C. Bayramov qeyd edib ki, Təhsil Nazirliyinin elektron dərslik portalı - e-derslik.edu.az “Milli Net-2017” milli internet mükafatı müsabiqəsi qalibi olub. 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018