Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən kiçik mobil telefonu təqdim edildi -

Britaniyanın “Clubit New Media Ltd.” şirkətinin tərtibatçıları Yeni il ərəfəsində dünyanın ən kiçik mobil telefonunu təqdim ediblər. 
 
İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, bu mobil telefonu kostyum jiletinin cibində daşımaq mümkündür. “Tiny T1” adlanan cihaz artıq sənaye istehsalına hazırdır. 
 
Britaniyalı tərtibatçılar istehsal etdikləri balaca cihazın insanların əhval-ruhiyyəsinə müsbət təsir etdiyini göstərən xüsusi sosial klip hazırlayıblar. Telefon gözlənilməz və təsirli hədiyyə kimi çox yaxşıdır.

 

“Tiny T1”-nin uzunluğu 47 millimetr təşkil edir. Ancaq bu o demək deyil ki, bu cihaz dekorativ oyuncaqdır. Tərtibatçılar onu  əsl böyük telefonun texnoloji potensialı ilə təchiz ediblər. Məsələn, “Tiny T1”-in OLED ekranı var və 3 gün fasiləsiz işləyərək akkumulyatorunun enerjisini saxlaya bilir. Cihazın sahibi nano-SİM kart istifadə edəcək. Bu SİM kart 300 əlaqə nömrəsini yaddaşında saxlayacaq. Həmçinin yaddaşına 50 ismarış və o qədər də son zəngləri daxil ediləcək. Mütəxəssislərin fikrincə, telefonun o qədər də pis gələcəyi yoxdur. 

 

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018