Bu bölmə Bakcell tərəfindən təqdim olunur

3 yeni “Meizu” smartfonunun şəkilləri yayıldı

“Meizu” öz pərəstişkarları üçün üç yeni model smartfon hazırlayıb.

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, TENAA-da “Meizu” şirkətinin hələ anonsu olmayan üç modeli haqqında məlumat dərc edilib. Onların hər biri “Blue Charm” brendi altında qeydiyyatdan keçib və adları 712M, M712C və 712Q kimi qeyd ediliblər. 

Məlum olub ki, onlar “Samsung”un “Exynos 7872” çipseti bazasında yaradılacaqlar. Həmçinin onlarda 18X9 tərəfləri olan 5,7 düymlük ekran da olacaq. 

Bundan başqa, insayderlər bildiriblər ki, bu smartfonlarda 2930 mA/saat gücündə akkumulyatorlar da olacaq. Həmçinin mütəxəssislər cihazların casus şəkillərini də əldə ediblər. Cihazların təxmini qiyməti 150 dollar təşkil edəcək.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018