Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“YouTube”un 2017-ci ildəki ən populyar ları

2017-ci ildə “YouTube”dakı ən populyar videoçarxların siyahısı açıqlanıb. 

İKT.lent.az-ın “Rossiyskaya qazeta” nəşrinə istinadən məlumatına görə, “Top Trending” baxış sayı, şərhlər, repost və laykların sayı əsasında hazırlanıb. Ümumilikdə TOP-10-na daxil edilən çarxların baxılma sayı 633 milyon dəfədir. Onların baxış müddəti 40 milyon saatdan çox olub. 


Birinci yeri Tailand müğənnisi Oyster Maskedin “Until we will become dust” mahnısı tutub. Onun baxış sayı 197 milyon dəfə olub. Müğənni səhnəyə parlayan dəniz balığı geyimində çıxıb.



 

İkinci yeri britaniyalı müğənni Ed Şiranın “Shape Of You” mahnısına hazırlanmış rəqs deyişməsi tutub. Onun baxış sayı 125 milyon dəfədən çox olub. Xoreoqraf qismində isə amerikalı rəqqas Kayl Xaqanami çıxış edib. 

 

 

“Dude Perfect” kanalının pinq-ponq üçün topla olan möhtəşəm fəndləri üçüncü yeri tutub. Bu videoya 98 milyon dəfədən çox baxılıb.
 

 

Dördüncü yeri “Americaʼs Got Talent” şousunda 12 yaşlı Dersi Linnin çıxışı tutub. Bu videonu isə 43 milyon dəfə izləyiblər. 
 

 

Ceyms Kordenin avtomobil karaokesi olan “Carpool Karaoke” beşinci yeri tutub. Bu videoçarxda Ed Şiran da iştirak edib. Çarxı 41 milyon dəfədən çox izləyiblər. 

 

 

Amerika Futbolunun Superkubokunun final matçının fasiləsində Ledi Qaqanın 13 dəqiqəlik sözün hərfi mənasında parlaq çıxışı 38 milyon dəfədən çox izlənərək altıncı yeri tutub. 

 

 

Yeddinci yeri “Bad Lip Reading” kanalının Donald Trampın andiçmə mərasiminin yumoristik versiyası tutub. Bu videonu 35 milyondan çox insan izləyib. 
 

 

Səkkizinci yeri bütün dünyanın 19 dəqiqəlik qısa tarixçəsi ilə bağlı video tutub. Bu video isə 36 milyon dəfədən çox izlənilib. 
 

 

 

Doqquzuncu yeri Bet Devidin və Esteban Bravonun animasiyalı “In a Heartbeat” qısametrajlı filmi tutub. Bu video çarx 33 milyon dəfə izlənilib. 
 

 

TOP-10-un sonuncu yerini politologiya professorunun “BBC News” telekanalındakı çıxışı tutub. Belə ki, ona çıxışı zamanı öz uşaqları mane olublar. Bu video da təxminən 26 milyon dəfə izlənilib.

 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018