Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yanvarın 1-dən bu smartfonlarda “WhatsApp” işləməyəcək

“WhatsApp” messenceri 1 yanvar 2018-ci ildən etibarən “Windows 8.0” (həmçinin sonrakı versiyalar), eləcə də “BlackBerry OS” və “BlackBerry 10” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq.

 

İKT.lent.az-ın Life.ru-ya istinadən resursuna istinadən xəbərinə görə, “International Business Times” nəşri məlumat verib.


Bundan başqa, messencer “Nokia S40” smartfon modelini, 2020-ci ilədək isə “Android 2.3.7” sistemli (həmçinin sonrakı versiyalar) smartfonları dəstəkləməyəcək.

 
Dəstəklənmədən imtina tədricən həyata keçirilsə də, son nəticədə qurğu istifadəçiləri bir sıra funksiyalardan məhrum olacaq.

 
Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb. 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018