Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” Kadırovu bloklamasının səbəbini açıqladı

Çeçenistan lideri Ramzan Kadırovun “Facebook” və “Instagram” səhifələrinin bloklanmasının səbəbi açıqlanıb.

 

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu qərar ABŞ tərəfindən R. Kadırova sanksiyanın tətbiq olunması ilə əlaqədardır.

 

“Həmin akkauntlar ABŞ-da ticarət-iqtisadi sanksiyaların tətbiq olunduğu xüsusi kateqoriyalı və yasaqlı şəxslərin siyahısındakı şəxsə məxsus idi və ya onun adına açılmışdı. Bununla əlaqədar “Facebook” bu şəxsin səhifələrinin deaktiv edilməsi yönündə hüquqi məsuliyyət daşıyır”, - deyə “Facebook”dan bildirilib.   

 

Xatırladaq ki, ABŞ ötən həftə “Maqnitski Aktı” çərçivəsində Ramzan Kadırova sanksiya tətbiq edib. Dekabrın 23-də R. Kadırovun “Facebook” və “Instagram” səhifələri bloklanıb.  

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018