Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nokia 7” 2018-ci ildə Çin səddini aşacaq

Payızın ortasında Çin bazarına “Nokia 7” smartfonu çıxarılacaq və o ana qədər cihazı digər ölkələrdə əldə etmək mümkün olmayacaq. 

İKT.lent.az-ın “GizmoChina” nəşrinə istinadən məlumatına görə, bununla belə, “HMD Global” korporasiyası bu smartfonların digər ölkələrdə satışlarına artıq 2018-ci ilin əvvəlində başlaya bilər. 

Şirkətin kod adı TA-1041 olan cihazı mövcuddur ki, onu da “Nokia 7” cihazının beynəlxalq modifikasiyası adlandırırlar. Xatırlatmaq lazımdır ki, “Nokia 6” ilə də bağlı vəziyyət eyni idi. 

Məlumdur ki, yenilik metal korpusa malikdir. Cihazın displeyi 5,2 düym diaqonallı olacaq ki, onun da görüntü keyfiyyəti Full HD standartına çatır. Həmçinin “Nokia 7” daktiloskopik skanerə və iki kameraya malikdir. Əsas kamera 16 meqapiksel, ön kamera isə 5 meqapiksel olacaq. 

Çəkiliş üçün xüsusi olaraq “Dual-Sight” texnologiyası təqdim edilir ki, onun köməyi ilə eyni kamera ilə eyni vaxtda işləmək mümkündür. Cihazın daxilində “Qualcomm Snapdragon 630” prosessoru olacaq. Modifikasiyadan asılı olaraq telefonun əməliyyat yaddaşı 4 Gb və ya 6 Gb olacaq. Onun daxili yaddaşı isə 64 Gb təşkil edəcək.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018