Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei”də rüşvət qalmaqalı: şirkətin vitse-prezidenti saxlanıldı

Çin hökuməti “Huawei” şirkətinin satış bölməsinin rəhbəri Tenq Honqveyi (Teng Hongfei) saxlayıb.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, ona qarşı iri korrupsiya  razılaşmasında iştirakla bağlı iddia qaldırılıb.

“Huawei” şirkəti rəsmi olaraq Tenq Honqveyin həbs edildiyi faktını təsdiqləyib. Ancaq şirkətin mətbuat xidmətində onun saxlanılması səbəbini açıqlamırlar. Yerli KİV-lər bildirirlər ki, “Huawei”in vitse-prezidentini rüşvətlə bağlı saxlayıblar. Ancaq hadisənin harada, nə zaman baş verdiyi və məbləğin nə qədər olduğu ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Bir çox müşahidəçilər hesab edirlər ki, məhz Tenq “Huawei”in istehlak elektronikası bölməsinin son illər olduqca təsirli artım nümayiş etdirməsində əsas rol oynayıb.

 

Xatırladaq ki, Cənubi Koreyanın prokurorluğu davam edən apelyasiya dinləmələrində “Samsung Electronics” şirkətinin faktiki rəhbərinə 12 il həbs cəzası tələb edir. O da rüşvət verməkdə və vəsaitlərin mənimsənilməsində günahlandırılır.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018