Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Smartfon bazarında “Apple”in payı azalıb

“Apple” şirkəti 2017-ci ilin üçüncü rübündə bazar payını azaldıb.


İKT.lent.az-ın xəbərinə görə, “Counterpoint Research” şirkətinin məlumatına əsasən iyul-sentyabr ayları ərzində “Apple” qlobal smartfon satışının 59,8 faizinə yiyələnib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 26 faiz azdır. 

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, buna səbəb “Apple”in daha köhnə modellərinin daha ucuz qiymətə satılması, həmçinin “Samsung”un yeni flaqmanı olan “Galaxy Note 8” smarfonu satışa çıxandan sonra bazarda artan rəqabəti olub. 

“Samsung” şirkətinə bu seqmentdə qlobal bazarın 25,9 faizi məxsusdur. Liderlərin beşliyini üç Çin şirkəti – “Huawei”, “Oppo” və “Vivo” qapayır. Bu şirkətlərin bazar payı müvafiq olaraq 4,9 faiz, 4 faiz və 3,1 faiz təşkil edir. 

Bundan əvvəl isə “Apple” dördüncü rübün hesabatını dərc edib. Belə ki, şirkətin gəlirləri 12 faiz artaraq 52,6 milyard dollar, xalis mənfəəti isə 19 faiz artaraq 10,7 milyard dollar təşkil edib. Nəticələr analitiklərin gözləntilərindən yaxşı olub. Bunun sayəsində şirkətin səhmləri 3,5 faiz dəyər qazanıb və onların qiyməti ilk dəfə olaraq 900 milyard dolları keçib.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018