Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Gələn il 27 milyon “Apple Watch” satışa çıxarılacaq

“Apple” şirkətinin analitikləri bildirirlər ki, bu il ərzində “ağıllı” “Apple Watch” saatlarına olan tələbat kəskin artıb.  

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, məhz bu səbəbdən 2018-ci ildə korporasiya 27 milyon ədəd saat tədarük edəcək. 

Kupertinyodan olan şirkətin gələn il nə qədər “Apple Watch” saatları istehsal edəcəyi məlum olub. Bundan öncə bildirilirdi ki, “Apple” tərtibatçıları 20-23 milyon ədəd nüsxədə saat istehsal etməyi planlaşdırırlar. Ancaq 2017-ci ildə “ağıllı” saatlara olan tələbat o qədər artıb ki, gələn il şirkət 27 milyon ədəd saat istehsal etməklə bağlı qərar qəbul edib. 

Xatırladaq ki, ilk “Apple Watch” saatları bazara 2015-ci ildə çıxarılıb. O zaman “ağıllı” saatlar smartfona əlavə aksessuar kimi fəaliyyət göstərirdi. İndi isə “Apple” istehsalı olan saatlar öz sağlamlığının qayğısına qalan və fəal olaraq idmanla məşğul olan auditoriyaya hədəflənib.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018