Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Britaniya “Facebook” və “Twitter”i sanksiya ilə hədələdi

“Facebook” və “Twitter” Rusiyanın “Brexit” referendumuna təsir göstərib-göstərmədiyi barədə Britaniya parlamentinin araşdırmasına əngəl törətməkdə davam edərsə, sanksiyaya məruz qala bilər.

 

İKT.lent.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, bu xəbərdarlıqla müvafiq araşdırmanı aparan Böyük Britaniya İcmalar Palatasının Mədəniyyət, KİV və İdman üzrə komitəsinin sədri Demien Kollinz çıxış edib. O bildirib ki, hər iki ABŞ şirkətinə Rusiyanın bu platformalarda apardığı dezinformasiya kampaniyası barədə bütün lazımi informasiyaları təqdim etmək üçün 2018-ci il yanvarın 18-nə qədər vaxt verilib: “Dezinformasiya mənbələrini identifikasiya etmək üçün “Facebook” kimi şirkətlərin dəqiq izləmə üsulu olmalıdır. Xüsusən də söhbət başqa ölkə tərəfindən siyasi məqsədlə aparılan dezinformasiyadan gedirsə”.

 

D. Kollinz qeyd edib ki, sosial şəbəkələr bu cür fəaliyyətləri necə əngəlləyəcəkləri barədə parlamentə məlumat verməlidir: “Biz isə, öz növbəmizdə, onlara deməliyik ki, öz saytlarında baş verənləri daha yaxşı izləsinlər. Əgər siz bunu etmirsinizsə və bu cür əməllərə reaksiya vermək barədə xahişləri qulaqardına vurursunuzsa, onda sizə qarşı sanksiya tətbiq edilməlidir”.

 

Britaniyalı parlamentar istisna etməyib ki, sanksiya variantlarından biri sosial şəbəkələrdə reklam məhdudiyyəti ola bilər.

Qeyd edək ki, oktyabr ayında britaniyalı parlamentarlar Rusiyanın “Brexit” referendumunun nəticələrinə mümkün təsirləri barədə araşdırma aparılmasını tələb ediblər. Dekabrın ortalarında “Facebook” məlumat verib ki, Rusiya ilə bağlı səhifələr “Brexit” ərəfəsində cəmi 1 dollar dəyərində 3 reklam yayıblar. Lakin bu məlumat parlamentarları qane etməyib. 

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018