Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” smartfonları 2018-ci ildə ucuzlaşacaq

Artıq gələn ildən ABŞ-ın “Apple” şirkəti bu il istehsal etdiyi “iPhone X”, “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının qiymətini aşağı sala bilər. 

İKT.lent.az-ın Newinform.com saytına istinadən məlumatına görə, müvafiq məlumatı Tayvandan olan portal əməkdaşı komplektlərin tədarükçüsü sahəsində çalışan özəl mənbəyinə istinadən bildirib.

Mütəxəssislərin fikrincə, mobil cihazların qiymətlərinin azaldılmasına səbəb onların, sadəcə, amerikalıların gözləntilərini doğrultmaması olub. Belə ki, “iPhone”lara olan tələbat öncədən təxmin edilənlərdən dəfələrlə az olub. Çox güman ki, “Apple”nin cihazları qiymətdə ən azı 50 dollar ucuzlaşacaqlar.

Gözlənilir ki, bu barədə 2018-ci ilin yazında məlumat veriləcək. 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018