Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell” “ASAN Məktub”la uşaqların arzularını reallaşdırır -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Yeni il ərəfəsində “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinə qatıldı.

 

İKT.lent.az-ın xəbərinə görə, layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə aksiya təşkil olunub.

 

Aksiyanın əsas məqsədi bayram ərəfəsində uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır. Bu münasibətlə "Bakcell" şirkətinin nümayəndələri və ASAN Könüllülərinin iştirakı ilə 50 uşağa məktəb çantası və digər məktəb ləvazimatları hədiyyə edilib.

 

"Bakcel"l artıq iki ildən çoxdur ki, “Uşaqlara ASAN sevgi” şüarı altında həssas qruplara aid uşaqlara sevinc bəxş etmək məqsədilə həyata keçirilən “ASAN Məktub” layihəsinə dəstək göstərir. Uşaqların saf arzularını reallığa  çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən  gerçəyə çevrilir. Layihənin mobil rabitə dəstəyi də "Bakcell" şirkəti tərəfindən təmin edilir.

 

Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan "Bakcell" şirkəti, uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün vaxtaşırı “ASAN Məktub” layihəsinə dəstək göstərir.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018