Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Exmo Bitcoin" şirkətinin nümayəndəsi qaçırıldı - BİRJALAR SİLKƏLƏNDİ -

"Exmo Bitcoin" şirkətinin analitik şöbəsinin müdiri Pavel Lerner Ukraynada oğurlanıb. APA TV-nin məlumatına görə, o, Kiyevdə maskalı şəxslər tərəfindən naməlum avtomobillə qaçırılıb.


Hadisə ilə bağlı Kiyev polisi axtarışlara başlayıb. Pavel Lernerin kimlər tərəfindən qaçırıldığı araşdırılır.

 

Şirkətdən isə bu hadisənin kriptovalyuta birjalarına təsirsiz ötüşdüyü, qaçırılan mütəxəssisinin sərmayədarların hesabları ilə bağlı heç bir informasiyaya malik olmadığı bildirilib.

Buna baxmayaraq, hadisənin beynəlxalq kriptovalyuta bazarına təsir etdiyi deyilir. Böyük Britaniyada qeydiyyatdan keçən, lakin mərkəzi ofisi Ukraynada fəaliyyət göstərən "Exmo Bitcoin"in internet saytında 94 min 955 aktiv istifadəçi kriptovalyuta əməliyyatlarını məhz bu şirkət vasitəsilə həyata keçirir.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018