Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei” bu il 153 milyon smartfon satışa çıxarıb

“Huawei” şirkətinin rəhbəri Ken Hu (Ken Hu) bildirib ki, 2017-ci ildə şirkətin dövriyyəsi təxminən 15 faiz artıb və 92 milyard dollar təşkil edib. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, şirkət bu təqvim ilində 153 milyon ədəd smartfon tədarük edib və bazarın 19 faiz payını tutub. 2016-cı ildə bu nəticə 139 milyon ədəd olub. 

Xatırladaq ki, hazırda “Huawei” şirkəti nəhəng smartfon istehsalçıları reytinqində üçüncü yeri tutur. 2021-ci ilə qədər şirkət “Apple” və “Samsung”u qabaqlayaraq lider mövqeni tutmaq niyyətindədir.

Müşahidəçilər qeyd edirlər ki, “Huawei” qarşısına qoyduğu məqsədlərə çatmaq üçün Qərb ölkələri bazarında mövcudluğunu gücləndirməlidir.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018