Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” “iPhone SE 2018” smartfonunun çıxacağı vaxtı açıqladı 

“Apple” şirkətinin özünün yeni “iPhone SE” smartfonu modelinin təqdim edəcəyi vaxtla bağlı informasiyalar öz təsdiqini tapıb.

İKT.lent.az-ın dni24.com saytına istinadən məlumatına görə, artıq yazın əvvəlində yenilik rəsmi olaraq təqdim ediləcək. 

Təxmin edilir ki, telefonu dördnüvəli displey, həmçinin olduqca keyfiyyətli içliklə təchiz edəcəklər. Burada dördnüvəli “Apple A10 Fusion” prosessorunu və müvafiq olaraq 12 və 15 meqapiksel həcmli ön kameraları qeyd etmək olar. 

Mümkündür ki, “Home” düyməsini sensor analoq əvəz edəcək. İstehsalçıların sözlərinə görə, gözləmək olar ki, “iPhone SE 2018” texniki parametrləri ilə yeddinci nəsil “iPhone” ilə oxşar olacaq. 

Çox güman ki, artıq bu ayın sonunda “Apple” cihazlarının bu modelinin kütləvi istehsalına başlanacaq. Şirkətin cihazının yığılması üzrə tərəfdaşı Tayvandan olan şirkət olacaq. 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018