Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən çox hansı dövlət orqanlarının saytlarına müraciət olunub? - SİYAHI

Ötən il ən çox müraciət olunan dövlət orqanlarının rəsmi internet resurslarının adı açıqlanıb.

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ən çox istifadəçi müraciətləri  arasında “Azərbaycan Hava Yolları” QSC – AZAL (azal.gov.az), Tələbə Qəbulu üzrə Dövlət Komitəsi – TQDK (tqdk.gov.az), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN (asan.gov.az) domenləri ilk üçlükdədir.

 

2017-ci ildə ümumi giriş sayına görə ən çox aşağıdakı domenlərə istifadəçi müraciətləri qeydə alınıb:

 

1. azal.gov.az

2. tqdk.gov.az

3. asan.gov.az

4. idmantv.az

5. edu.gov.az

6. mlspp.gov.az                

7. migration.gov.az            

8. mia.gov.az
9. aztv.az
10. mod.gov.az

Ötən ildə unikal giriş sayına görə isə ən çox müraciətlərin sayı aşağıdakı kimi olub:


1. azal.az                         
2. idmantv.az

3. tqdk.gov.az

4. edu.gov.az

5. eco.gov.az

6. mia.gov.az

7. aztv.az

8. mod.gov.az

9. mlspp.gov.az

10. asan.gov.az

Bundan başqa, hesabat müddətində dövlət orqanlarının rəsmi internet resurslarına ən çox aşağıdakı ölkələrdən istifadəçi müraciətləri qeydə alınıb:

1. Azərbaycan

2. ABŞ

3. Rusiya

4. Türkiyə

5. İngiltərə

6. Almaniya

7. Çin

8. Estoniya

9. Fransa

10. Birləşmiş Ərəb Əmirlikləri

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018