Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram Stories” “WhatsApp”da da olacaq

“İnstragram” xidmətinin “Tarixçə” funksiyası “WhatsApp” messebcerinə inteqrasiya edilə bilər. 

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, bu ideyanı sosial şəbəkənin istifadəçilərindən biri təklif edib. Hazırda sosial şəbəkənin tərtibatçıları inteqrasiyanın imitasiyasını sınaqdan keçirirlər.

Qeyd edilir ki, bu genişlənmə “WhatsApp” statuslarının populyarlığını artırmaq imkanı verəcək, həmçinin hər iki əlavədə “Tarixçə”lərin baxılma sayını artırmağa imkan yaradacaq. 

Bundan öncə isə bildirilib ki, kibercinayətkarlar populyar “WhatsApp” messencerində nasazlıq aşkar ediblər. Bu nasazlıq istifadəçilər barədə məlumatların əldə edilməsinə imkan verib.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018