Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp” bu smartfonlarda ömrünü başa vurdu

Bu ilin yanvar ayından “WhatsApp” messenceri əməliyyat sistemləri köhnəlmiş bir sıra cib cihazlarında fəaliyyətini dayandıracaq.


İKT.lent.az-ın “Rossiyskaya qazeta” nəşrinə istinadən məlumatına görə, söhbət “Windows 8.0” mobil versiyasından, “BlackBerry 10” və “BlackBerry OS” kimi daha köhnə əməliyyat sistemlərindən gedir.
 
Tərtibatçıların sözlərinə görə, bu söndürülmə mərhələli şəkildə baş tutacaq. Ancaq bununla belə, sonucda “WhatsApp” bütün qeyri-populyar cihazlarda fəaliyyətini dayandıracaq. 

Bundan başqa, yeni başlayan ildə populyar messencer “Nokia S40” platformasını da dəstəkləməyi dayandıracaq. 2020-ci ildə isə “WhatsApp” “Android 2.3.7” və daha köhnə versiyalarla idarə olunan smartfonlarda da çalışmayacaq. 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018