Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”da kriptovalyutadan istifadə edilə bilər

“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bildirib ki, sosial şəbəkənin xidmətlərində kriptovalyutadan istifadə imkanlarını öyrənir.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumata əsasən, o bildirib ki, bu məsələnin öyrənilməsində maraqlıdır.

 

Zukerberq hazırda bu texnologiyanın pozitiv və mənfi aspektlərini, həmçinin onlardan “Facebook”un xidmətlərində istifadə edilməsini araşdırır. 

“İki vacib əks-trend mövcuddur – şifrələmə və kriptovalyutalar. Onlar mərkəzləşdirilmiş sistemlərdən hakimiyyətini alır və onları xalqa geri qaytarırlar”, - deyə Mark Zukerberq qeyd edib. 

Onun sözlərinə görə, kriptovalyutaların istifadəsi onların nəzarətin mümkünsüzlüyü riski ilə müşahidə olunur. 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018