Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2017-ci il “LG Electronics” üçün rekord ili olacaq - PROQNOZ

Bu gün “LG Electronics” şirkəti 2017-ci ilin dördüncü rübündəki fəaliyyətinin proqnozlarını açıqlayıb.


İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bu müddət ərzində şirkətin əməliyyat mənfəəti 344 milyon dollar təşkil etməlidir. Baxmayaraq ki, bir il əvvəl şirkətin zərəri 33 milyon dollar olub.

 

Bu, heç də pis nəticə deyil. Ancaq müşahidəçilər proqnozlaşdırmışdılar ki, şirkətin əməliyyat mənfəəti 44 milyon dolları keçə bilər.

 

Dördüncü rübdə satışlar 14 faiz artaraq 15,9 milyon dollara qədər çatmalıdır. Bütün il ərzində şirkətin əməliyyat mənfəəti 2,25 milyard dollar təşkil etməlidir. Bu, şirkətin mövcudluğu tarixində ikinci belə nəticədir. Belə ki, rekord nəticə 2009-cu ildə qeydə alınıb - 2,44 milyard dollar. Ancaq şirkətin gəlirləri rekord - 57 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

 

Şirkətin maliyyə hesabatı bu ayın sonuna qədər dərc ediləcək.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018