Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung”un gəlirləri 64 faiz artıb

“Samsung” şirkəti bu gün ötən ilin dördüncü rübündəki fəaliyyətinin nəticələri ilə bağlı proqnozlarını dərc edib.

 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “Samsung”un özünün proqnoza əsasən, son üç ay ərzində şirkətin əməliyyat gəlirləri 14,2 milyard dollar təşkil edib.

 

Bir il əvvəl şirkətin gəliri 8,7 milyard dollar olub. Yəni şirkət gəlirinin təxminən 64 faiz artacağını gözləyir. Dördüncü rübdə şirkətin satışları 23,8 faiz artmalı və 62 milyard dollardan çox təşkil etməlidir. “Samsung” gəlir və mənfəətinin müxtəlif bölmələr üzrə necə bölündüyünü dəqiqləşdirməyib. 

 
Şirkətin maliyyə hesabatı bu ayın sonuna qədər dərc edilməlidir. 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018