Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”un yeni VR-dəbilqəsi “Oculus Go” adlanacaq

Hər il baş tutan CES sərgisinin gedişatı zamanı “Facebook” şirkətinin nümayəndələri “Oculus Go” virtual reallıq dəbilqəsi barədə bir sıra təfərrüatları açıqlayıblar.   

İKT.lent.az-ın Rusargument.ru saytına istinadən məlumatına görə, yeniliyi “Xiaomi” şirkətindən “Facebook”a keçən Hyuqo Barra təqdim edib.

 

O bildirib ki, artıq “Oculus Go”nun istehsalı ilə Çin şirkəti məşğul olacaq. Dəbilqənin istehsalçısı olan ölkədə onu “Xiaomi Mi VR Standalone” adı altında satışa çıxaracaqlar. Digər ölkələrin bazarlarında isə məhsul “Oculus Go” adlanacaq. Bununla belə, ümumilikdə məhsulun istehsalı “Xiaomi”nin üzərinə düşəcək. 

Qeyd edək ki, “Oculus Go” tam olaraq avtonom işləyəcək və kompüterə qoşulmanı tələb etməyəcək. Bu dəbilqə 2560X1440 piksel genişlənməyə malik iki ekranla və çərçivəli səslənməyə malik audio sistemlə təchiz ediləcək. Onun əsasını isə “Qualcomm Snapdragon 821” platforması təşkil edəcək.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018