Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sahibinin arxasınca gəzən çamadan yaradıldı

ABŞ-ın Las-Veqas şəhərində keçirilən CES-2018 elektronika sərgisi zamanı “Xiaomi” şirkəti “09Fun Puppy1” adlanan yeni robot-çamadan nümayiş etdirir.

İKT.lent.az-ın “Gizmochina” nəşrinə istinadən məlumatına görə, bu çamadan sərbəst olaraq öz sahibinin arxasınca gedə bilir. 

Çamadan tərtib edilərkən piroskuterin istehsalında istifadə olunan texnologiyadan istifadə edilib. O, “90Fun Puppy1” dəqiq yerləşdirmə funksiyası ilə təchiz edilib ki, bu da sahibi hətta uzaq məsafədə olduğu halda belə onu axtarıb tapmağa imkan verir.

Siz çamadana yerində qalmaq, sizə doğru gəlmək və ya geri qalmadan sizin arxanızca izləmək əmri verə bilərsiniz. Aviasiya şirkətləri ilə problemlərin yaşanmaması üçün “Xiaomi” çamadanı dəyişdirilə bilən litium akkumulyatorla da təchiz edib. 

Cihazın satışlarına 2018-ci ilin ikinci yarısında başlanacaq. Ancaq onun qiyməti barəsində məlumat verilmir. 

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018