Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple“ mağazasında "iPhone" yandı

İsveçrənin Sürih şəhərindəki “Apple” mağazasında yanğın təhlükəsi yaranıb.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 9-da şəhərin dəmir yolu vağzalının yaxınlığında yerləşən “Apple” mağazasında baş verib.

 

Təmir xidmətinin əməkdaşı “iPhone”lardan birinin həddən artıq qızmış batareyasını çıxarmağa başlayarkən cihaz tüstülənməyə başlayıb. Nəticədə usta yanıq xəsarəti alıb. Daha 7 nəfərə tibbi yardım göstərilib. Mağazada olan təxminən 50 nəfər təxliyə edilib.  

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018