Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2020-ci ildə “Samsung”un bütün cihazları süni intellektli olacaq

2020-ci ilə qədər “Samsung” şirkətinin bütün cihazları süni intellekt əldə edə biləcəklər. 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, məlum olub ki, Cənubi Koreya istehsalçısı öz cihazlarına özünün “Bixby” səsli köməkçisini inteqrasiya etmək niyyətindədir. 

Bundan başqa, cihazın “əşyaların interneti”nə qoşulması da planlaşdırılır. Bunu CES-2018 sərgisində şirkətin nümayəndəsi bildirib. “Samsung”  özünün istehsalı olan “Bixby” səsli köməkçisində süni intellekti yaxşılaşdırmaq niyyətindədir. Bu, cihazı tam olaraq səsli idarəetməyə keçirməyə imkan verəcək.

Bu gün “Bixby” köməkçisi “Samsung TV” proqram hissəsinə də əlavə edilib. Cihazı smartfonun funksiyaları və birbaşa olaraq səslə idarə etmək mümkündür. Bundan başqa, tərtibatçılar süni intellekt sisteminin köməyi ilə “əşyaların interneti”nə nəzarət qurmağı planlaşdırıblar. 

Qeyd edilir ki, bu texnologiya daha qəliz olur və idarəetmə strukturunun yaxşılaşdırılmasına ehtiyac yaranır.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018